Sabiq “Fənərbağça”lı “Yuventus”da

“Fənərbağça”nın sabiq idman direktoru Damien Komollinin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, funksioner “Yuventus”da baş menecer təyin edilib. Bu barədə Canluka Di Marzio məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Komolli daha əvvəl “Monako”, “Arsenal”, “Sent-Etyen”, “Tottenhem”, “Fənərbağça”, “Tuluza” kimi klublarda işləyib.