Sabiq “Çelsi”li “Atletiko”ya keçə bilər

“Əl İttihad”ın futbolçusu Nqolo Kante karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Atletiko”nun diqqət mərkəzindədir. Bu barədə “Relevo” nəşri məlumat yayıb. Madrid klubu Kantenin meneceri ilə danışıqlara başlayıb.

“Əl İttihad” Kanteni komandada saxlamaq istəyir.

Yarımmüdafiəçi daha əvvəl İngiltərədə “Çelsi”də çıxış edib.