Sabiq “Bavariya”lı klubsuz qaldı

Braziliyalı futbolçu Duqlas Kosta “Fluminense”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı vingerin klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Duqlas bu ilin yanvarından Braziliya təmsilçisində çıxış edirdi. O, daha əvvəl İtaliyada “Yuventus”, Almaniyada “Bavariya”nın formasını geyinib.