Sabiq “Bavariya”lı Keynin transferini uğursuz hesab edir

“Bavariya”nın keçmiş futbolçusu Ditmar Hamann komandanın hücumçusu Harri Keyni tənqid edib.

Futbolpress.az xəbər verir ki, sabiq yarımmüdafiəçi ingilis futbolçunun transferini uğursuz adlandırıb:

“Bavariya” bu mövsüm neçə kubok qazandı? Komanda ötən mövsüm Keynsiz daha çox qol vurmuşdu. Ona yüksək maaş verirlər və dəyəri 100 milyon avrodan çox idi. Onu qınamıram, amma düzgün transfer olmadı”.

Keyn Bundesliqada 32 oyunda 36 qol vurub.