“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunnar Sulşer yenidən “qırmızı şeytanlar”a rəhbərlik etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis özü açıqlama verib. Sulşer klubdan təklif gələrsə, istənilən vaxtda qəbul etməyə hazır olduğunu deyib.
51 yaşlı mütəxəssis 2018-2021-ci illərdə “qırmızı şeytanlar”a rəhbərlik edib.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 5 turdan sonra 7 xalla 11-ci sıradadır. Komandanın baş məşqçisi Erik ten Haqın yaxın zamanda istefaya göndəriləcəyi xəbərləri yayılıb.