Sabiq “Barselona”lı “Arsenal”da

“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “topçular” “Bornmut”dan Netonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı qolkiper mövsümün sonuna kimi “Arsenal”da forma geyinəcək.

Neto karyerası ərzində “Fiorentina”, “Yuventus”, “Valensiya” və “Barselona”da çıxış edib. O, 2022-ci ildən “Bornmut”da forma geyinirdi. Qolkiper bu komandada 63 oyun keçirib.