Sabiq “Arsenal”lı yenidən MLS-də

Meksika millisinin sabiq üzvü Karlos Vela yenidən MLS-də oynayacaq.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı hücumçu “Los Anceles” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində “Real Sosyedad”, “Arsenal”, “Vest Bromviç” kimi klublarda çıxış edən Velanın son ünvanı məhz “Los Anceles” olmuşdu. O, bu ilin yanvarında klubu tərk etmişdi.