Sabiq AFFA rəsmisi dünyasını dəyişdi

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 1955–1962-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Çingiz İsmayılov 1986-1994-cü illərdə bu komandanın rəisi vəzifəsində çalışıb. Uzun illər televiziyada futbol şərhçisi kimi fəaliyyət göstərən Çingiz İsmayılov 2022-ci ilin dekabrında “Tərəqqi” medalı ilə təltif edilib.