“Sabah”la oyun haqda: “Çətin olacaq, amma özümüzə inanmalıyıq”

“Sent Patriks”in baş məşqçisi Stefan Kenni Konfrans Liqasında bu gün “Sabah”a qarşı keçirəcəkləri III təsnifat mərhələsinin ilk oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisi haqda bunları deyib:

“Sabah”ın həm müdafiədə, həm hücumda yaxşı oyunçuları var. Düşünürəm ki, ilk növbədə oyuna nəzarəti ələ almalıyıq. Müdafiədən oynamaq fikrimiz yoxdur. Düzdür, bəzən güclü komandalar sizi tez-tez arxada qalmağa məcbur edir və müdafiə olunursunuz. Bu gün də bəzi anlarda belə olacağını düşünürəm. Amma ümumilikdə müdafiəyə çəkilməyi fikirləşməyəcəyik. Hücum üstünlüyü yaratmağa çalışacğıq.

Axşam görəcəyimiz iş çoxdur. Həqiqətən, çətin oyun olacaq, amma özümüzə inanmalıyıq”.

“Sent Patriks” – “Sabah” oyunu saat 22:45-də start götürəcək.