“Sabah”ın yay planı: üç mərhələli toplanış olacaq

“Sabah”ın yeni mövsüm üçün hazırlıq planı məlum olub.

FutbolPress“in məlumatına görə, “futuristlər” iyunun 20-də bir araya gələcək. Ümumiyyətlə, komandanın hazırlığı üç mərhələdən ibarət olacaq.

Əvvəlcə Bakıda toplaşacaq “bayquşlar” iyunun 24-də Qəbələyə yola düşəcək. Bir həftəlik hazırlıqdan sonra növbəti ünvan isə ölkə xarici olacaq. “Sabah”ın hansı ölkəyə üz tutacağı isə hələ dəqiqləşməyib.

“Futuristlər” Premyer Liqada 2023/24 mövsümünü üçüncü sırada bitirib və Konfrans Liqasına vəsiqə əldə edib.

Şahin Cəfərov