“Sabah”ın səfər oyunu Macarıstanda olacaq

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”si (Hayfa) ilə ilk oyununu Macarıstanda keçirəcək.

Futbolpress.az xəbər verir ki, buna səbəb İsraildə müharibənin davam etməsidir. Bu barədə İsrail Futbol Federasiyası və İsrail Xarici İşlər Nazirliyi birlikdə qərar qəbul edib.

İsrail təmsilçiləri bu səbəbdən avrokubok oyunlarını Macarıstanda keçirəcək.

“Sabah” “Makkabi” ilə ilk görüşü iyulun 25-də Macarıstanda oynayacaq. Cavab görüşü isə bundan bir həftə sonra Bakıda olacaq.