“Sabah”ın rəqibindən uğursuz sınaq

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa, İsrail) yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda yerli Petak-Tikva “Makkabi”si ilə üz-üzə gəlib. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:1.

“Sabah” “Makkabi” ilə ilk oyunu iyulun 25-də Macarıstanda keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.