“Sabah”ın rəqibindən qələbə

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa, İsrail) növbəti yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Andorranın “Atletik Eskalades” klubu ilə üz-üzə gəlib. Görüş “Makkabi”nin qələbəsiylə başa çatıb – 3:1.

“Sabah” “Makkabi” ilə ilk oyunu iyulun 25-də Macarıstanda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.