“Sabah”ın rəqibindən qələbə

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, İsrail təmsilçisi Andorranın “İnter Eskaldes” komandası ilə qarşılaşıb. Matç “Makkabi”nin qələbəsiylə başa çatıb – 3:1.

“Sabah” Hayfa təmsilçisi ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.