Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” (Hayfa) klubu daha bir transfer edib.
Futbolpress.az xəbər verir ki, Hayfa təmsilçisi Kiyev “Dinamo”sundan Aleksander Sirotanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi 2025-ci ilin yayına kimi “Makkabi”nin formasını geyinəcək.
“Sabah” İsrail klubu ilə ilk oyunu iyulun 25-də Macarıstanda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.