“Sabah”ın prezidenti Maqsud Adıgözəlov yeni baş məşqçi Vasili Berezutski haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, funksioner Rusiya mətbuatına açıqlamasında mütəxəssisin işini dəyərləndirib:
– “Səbail”lə ilk oyunu necə dəyərləndirirsiniz?
– Nəticə bizi qane etdi. İndi sıx qrafikdəyik və qlobal dəyişiklik üçün vaxt yoxdur. Lakin addım-addım irəliləyəcəyik və hər oyun təkmilləşəcəyik.
– Kubokda “Turan Tovuz”la oyun kifayət qədər gərgin keçdi. Bu matçı necə qiymətləndirirsiniz?
– Oyun çətin keçdi. “Turan Tovuz” yaxşı təşkilatlanmış komandadır. Üstəlik, uzun səfər, süni örtüklü meydança və azarkeşlərin yerli komandaya dəstəyi işimizi çətinləşdirdi. Əsas odur ki, kubokda mərhələ adladıq və irəliləyirik.
“Sabah” Berezutskinin rəhbərliyi altında iki oyunu da qazanıb.