“Sabah”ın oyununda anşlaq olacaq

Sabah Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Sent Patriks Atletik” oyununa bilet satışı davam edir.
Futbolpress.az xəbər verir ki, artıq 4500 bilet satılıb (stadionun tutumu 8700 yerlikdir).
“İticket.az” saytından bilet alaraq stadionda öz yerinizi ala bilərsiniz. Bu gündən etibarən “Bank Respublika Arena”nın kassalarında da bilet satışına başlanacaq.
Oyuna saat 20:00-da start veriləcək. “Sabah” ilk matçda rəqibinə 0:1 hesabıyla uduzub.