“Sabah”ın oyununa bilet satışı başladı

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Sabah” – “Şamaxı” oyununun biletləri artıq satışdadır.
Futbolpress.az xəbər verir ki, “futuristlər”i mövsümün ilk oyununda stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən “iticket.az” saytından, oyun günü isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərlər.
“Sabah” – “Şamaxı” matçı sabah saat 17:30-da, “Bank Respublika Arena”da keçiriləcək.