“Sabah”ın oyununa bilet satışı başladı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
“Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah” – “Makkabi” matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.