“Sabah”ın növbəti sınağı

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv “Krivbas” ilə qarşılaşacaq. Ukrayna təmsilçisi ilə görüşə saat 20:30-da start veriləcək.

“Sabah” buna qədər iki yoxlama matçı oynayıb. “Futuristlər” “Çukariçki” (Serbiya) ilə heç-heçə edib (0:0), “Koper”ə isə qalib gəlib (1:0).