“Sabah”ın legioneri 4 oyunluq cəzalandı

“Sabah”ın əvəzedici komandasında çıxış edən Stefen Ende ağır cəzaya məruz qalıb.

Futbolpress.az xəbər verir ki, o, XXXII turda “Qarabağ-2” ilə matçdan sonra hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya olunub. Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

“Sabah-2” oyunçunun bu davranışına görə 300 manat cərimələnib.