“Sabah”ın komandası mövsümə darmadağınla başladı

Gənclər Liqasında yeni mövsümə start verilib.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın U-19 komandası çempionatın ilk turunda evdə “Turan Tovuz”la qarşılaşıb. “ASK Arena”da keçirilən matç “futuristlər”in böyük hesablı qələbəsi ilə nəticələnib – 5:0.
Qollara Anar Hüseynov (2), Anar Cəbiyev, Şahin İbrahimov və Niyazi Osmanov imza atıblar.