“Sabah”ın hücumçusu Pavol Şafrankonun “FutbolPress“ə müsahibəsi:
– Son 5 oyunda 4 qələbə qazanmısınız. Uğurlu çıxışın sirri nədir?
– Yaxşı nəticələr üçün çox çalışırıq. Komandamızda hamı birləşib və işləyirik. Birliyimiz yaxşı nəticələri gətirir.
– Növbəti oyun son çempion “Qarabağ”ladır. Onların bu həftə “Tottenhem”lə çətin səfər oyunu var. Bu görüşün olması sizə hansısa üstünlük qazandırır?
– “Qarabağ”ın “Tottenhem”lə oyununun olması bizə nəsə üstünlük verməyəcək. Rəqibimiz kifayət qədər güclü və təcrübəlidir. Hər şey meydanda həll olunacaq.
– “Qarabağ”la fərdi oyunlar çempionluq mübarizəsində vacibdir. Onları necə dayandırmağı düşünürsünüz?
– Hər oyun yaxşı nəticə üçün çıxırıq. Bir tur əvvəl “Turan Tovuz”u məğlub edə bilsəydik, “Qarabağ”ı keçə bilərdik. Rəqibin gücünə hörmət etdirik. “Qarabağ”ın son illərdə bacardıqları göz önündədir. Oyuna ciddi hazırlaşacağıq.
– Oyununu necə qiymətləndirirsən?
– Öz çıxışımı dəyərləndirmək istəmirəm. Amma bilirəm ki, daha çox qol vura bilərəm.
– İki aya yaxındır, burdasan. “Sabah” və Azərbaycan futbolu haqda nə düşünürsən?
– Azərbaycan çempionatında yaxşı komandalar və rəqabət var. Mən də hər il inkişaf edən, yüksək hədəfləri olan bir komandadayam.
– Uzun müddətdir, Slovakiya yığmasına dəvət almırsan. Səncə, “Sabah” bu qapıları üzünə açacaq?
– Millidə oynamaq hər futbolçu üçün şərəfdir. Nə zaman dəvət gəlsə, “hə” deməyə hazıram. Bu, çox şey deməkdir. Amma düşünürəm ki, millinin qapıları bağlanıb.
Şahin Cəfərov