“Sabah”ın futbolçusu millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.