“Sabah”ın futbolçusu Anatoli Nuriyev ikitərəfli qasıq yırtığından əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.