“Sabah”ın baş məşqçisi jurnalistlərlə görüşəcək

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Sent Patriks Atletik” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub.
Futbolpress.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün öncə – 14 avqustda olacaq.
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliçin media nümayəndələri ilə görüşü saat 18:00-a təyin edilib.
“Sabah” FK
Mətbuat konfransı: saat 18:00
Məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq): 18:30
“Sent Patriks Atletik” FK
Mətbuat konfransı: saat 18:45
Məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq): saat 19:15
Qeyd edək ki, hər iki mətbuat konfransı “Bank Respublika Arena”da baş tutacaq. “Sent Patriks Atletik”in məşqi “Bank Respublika Arena”nın əsas, “Sabah”ın məşqi isə stadionun ehtiyat meydançasında keçiriləcək.