“Sabah”ın avrokuboklara vəsiqə qazanacağına inanıram” – İvanoviç

“Vaxtım olduqca Azərbaycan çempionatını izləyirəm”.

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Sabah”ın sabiq futbolçusu Filip İvanoviç söylədi. Hazırda Özbəkistanda “Navbahor”da çıxış edən müdafiəçi Premyer Liqa haqda fikirlərini bölüşdü:

“Çempionata baxıram. “Qarabağ” yenə rəqibsizdir. Digər klublar isə avrokuboklar uğrunda mübariz aparır”.

İvanoviç sabiq klubu “Sabah”ın avrokuboklara vəsiqə qazanacağına inandığını bildirdi:

“Sabah”da məşqçi dəyişikliyi olub. İnanıram ki, onların oyunu və nəticələri müsbətə doğru dəyişəcək. “Sabah”ın avrokuboklar üçün yarışacağına və vəsiqəni əldə edəcəyinə inanıram”.

Serbiyalı müdafiəçi Azərbaycandan tanışlarının olduğunu və burda gözəl təcrübə qazandığını əlavə etdi:

“Uzun müddət Azərbaycandan oynadım. Bu ölkədən hələ də dostlarım var və yaxşı təcrübə qazanmışam. Ayrılandan sonra hansısa klubda təklif almamışam və qayıdışım üçün variant olmayıb”.

İvanoviç 2018-2021-ci illərdə “Sabah”da çıxış edib.

Şahin Cəfərov