“Sabah”ın avrokubok oyununa bilet satışı başladı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Sent Patriks Atletik” (İrlandiya) qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
Qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.