“Sabah”dan qələbə

Gənclər Liqasında VI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda evdə “Qarabağ”la qarşılaşıb. “ASK Arena”da keçirilən oyun komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Matçda qollara Anar Hüseynov, Stepen Ende və Niyazi Osmanov imza atıblar.