“Sabah”dan qələbə

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət “Sabah” klubu təlim-məşq toplanışı keçdiyi Litvada ilk yoxlama matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, “futuristlər” Almaniyanın “Rostok Sivulz” komandası ilə qarşılaşıb. Görüş “Sabah”ın qələbəsiylə başa çatıb – 72:71.

“Sabah”ın Litva hazırlığı sentyabrın 10-dək davam edəcək.