“Sabah”dan qələbə

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “futuristlər” Ukraynanın “Rux” komandası ilə qarşılaşıb. Matç “Sabah”ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

“Sabah”ın qollarını Kahim Parris və Neqoş Kupusoviç vurub.

Bakı klubu buna qədər Sloveniyanın “Koper” komandasını məğlub edib (1:0), Serbiya “Çukariçki”si (0:0) və Ukrayna “Krivbass”ı ilə heç-heçə (2:2) edib.