“Sabah”dan jest

15 sentyabr – Bilik Günüdür.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək. Pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

“Sabah” – “Turan Tovuz” oyunu sentyabrın 15-də, saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.