“Sabah” Azərbaycan Premyer Liqasının XXI turunda “Kəpəz”ə məğlub olub – 2:3.
Vasili Berezutskinin yetirmələri bununla da ikinci dövrənin ardıcıl üçüncü oyununda xal itkisi ilə üzləşib. Komanda bundan öncə “Neftçi” və “Sumqayıt”la heç-heçəyə razılaşıb.
“Kəpəz”lə matçdan öncə favorit göstərilən “bayquşlar” uğursuz zolaqdan çıxa bilmir. “Sabah” Tovuzda hesabı açan tərəf olmasına baxmayaraq, üstünlüyünü qoruya bilmədi. Birinci hissədə iki dəfə önə keçən “bayquşlar” fasilədən sonra buraxdığı qollarla meydanı xalsız tərk edib.
“Sabah”ın enişi davam etməkdədir. Avrokuboklara vəsiqə yolunda ciddi itkilərlə üzləşən “bayquşlar” bir oyunu ehtiyatda olan 3-cü sıradakı “Zirə”dən artıq 8 xal geri qalır. Turlar keçdikcə formasından uzaqlaşan, oyun intizamını qoruya bilməyən “bayquşlar”ın bu turlardakı itkiləri hədəf yolunda axsamalara səbəb olur. Büdcəsi və heyəti “Kəpəz”dən, “Sumqayıt”dan qat-qat üstün olan “bayquşlar”ın nəticələri imkanlarla üst-üstə düşmür.
“Sabah”ı qarşıda ağır qrafik gözləyir. Kubokda “Sumqayıt”la üz-üzə gələcək “futuristlər” çempionatda isə “Turan Tovuz”, “Səbail” və “Qarabağ”la ardıcıl sınaqlar olar.
Şahin Cəfərov