“Sabah”dan çağırış

“Sabah” Avropada yaşayan azərbaycanlılara müraciət edib.

Futbolpress.az xəbər verir ki, klub mətbuat xidməti vasitəsilə U-19 komandasının Gənclər Liqasında “Bazel”lə oyunu ilə bağlı çağırış edib:

“Avropada yaşayan həmvətənlərimizin diqqətinə.

Əziz həmvətənlərimiz,

Oktyabırın 23-də, İsveçrənın Bazel şəhərində “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrənın “Bazel” klubu ilə vacib görüşə çıxacaq. Bu əhəmiyyətli oyunda komandamızı tək qoymayaq. Çətin səfər matçında sizin tribunadan dəstəyiniz “Sabah” üçün çox vacibdir. Gəlin, bu əhəmiyyətli qarşılaşmada komandamıza dəstək olaq.

Oyunda iştirak edəcək şəxslər biletlə təmin ediləcək”.

Qarşılaşma oktyabırın 23-də, yerli vaxtla saat 19:00-də İsveçrənin Bazel şəhərində yerləşən “St. Jakop-Park” stadionunda baş tutacaq.