“Sabah”dan ayrılan hücumçu “Zirə”də

“Zirə” Davit Volkovla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 – 2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinaamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.