Bu yay “Sabah”la yollarını ayıran Jarl Marqaritanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Feniks Rizinq”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Jarl 2023-cü ilin iyulundan 2024-cü ilin avqustuna kimi “Sabah”da forma geyinib. O, Premyer Liqada 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.