İrlandiyanın “Sent Patriks” komandasının baş məşqçisi Stefan Kenni Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Heç nə asan olmadı. Hər oyunu haqq edərək qazanmalısan. Həftəsonu çempionatda, indi isə burda qələbə qazandıq. Tarix yazmağı hədəfləyirik. Üçüncü mərhələdəyik və məqsədimiz qruplara qalmaqdır.
“Sabah”a daha çox qol vura bilərdik, bunun üçün imkanlarımız da var idi. Kifayət qədər istedadlı komandaya qarşı oynadıq. Eyforiyaya qapılmayacağıq, gələn həftə çətin səfərdə olacağıq. Əlimizdən gələni edib, ən yaxşı performansımızı göstərməliyik”.
“Sabah” – “Sent Patriks” görüşü avqustun 15-də Masazırda keçiriləcək.