“Sabah” ukraynalılarla “sülh”ə razılaşdı

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın “Krivbas” komandası ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 2:2.

“Sabah” bundan əvvəl Serbiyanın “Çukariçki” komandası ilə bərabərə qalıb (2:2), Sloveniya “Koper”ini isə məğlub edib – 1:0.