“Sabah” Türkiyədə çempion oldu

“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib. 

Futbolpress.az xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nömme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən komanda çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb.

“Gold group”da Türkiyənin “Çaykur Rizespor” komandasını 3:0, Estoniyanın “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah”, yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub.

“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.

Rize Cup

Yigit Demirel Beynəlxalq Futbol Turniri

Qrup mərhələsi

Sabah – Trabzonspor (Türkiyə) 2:1
Qollar: Rəvan Rüstəmov, Hüseyn Musayev.

Sabah – Nömme United (Estoniya) 3:0
Qollar: Yusif Ağayev (2), Hüseyn Musayev.

Sabah – Dinamo (Batumi, Gürcüstan) 4:0
Qollar: Eldar Hüseynov, Hüseyn Musayev, Hüseyn Abdullazadə, Yusif İbrahimli.

Gold group

Çaykur Rizespor (Türkiyə) – Sabah 0:3
Qollar: Rəvan Rüstəmov, Camal Əkbərli, Eldar Hüseynov.

Sabah – Nömme United (Estoniya) 2:0
Qollar: Yusif Ağayev, Hüseyn Musayev.

Samsunspor (Türkiyə) – Sabah 2:0