Türkiyənin Antalya şəhərində keçirilən “Junior Worl Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-15 komandası yarışdakı çıxışını başa vurub.
Futbolpress.az xəbər verir ki, komanda qrup mərhələsində Almaniya çempionu “Herta”ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin “Başakşehir Kartal” (2:0) və Rusiyanın “Kosmos Moskva” (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalda Almaniyanın “Speyer 09” komandasına qalib gələn (1:0) “Sabah” yarımfinala adlayıb.
Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın “Kuoh Foundation Academy” komandasına məğlub olub (0:1).
“Sabah” 16 komandanın yarışdığı beynəlxalq turniri 4-cü pillədə başa vurub.