“Sabah”ın U-10 komandası “East Cup Kazan” beynəlxalq futbol turnirində ilk oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” birinci matçında Tacikistanın “Babilon” komandasına 2:1 hesabıyla qalib gəlib. Görüşdə hər iki qolu Onur Əlili vurub.