“Sabah” onunla vidalaşacaq

“Sabah” futbolçusu Vinsent Till ilə yollarını ayıracaq.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” mövsümün sonunda müqaviləsi başa çatacaq yarımmüdafiəçi ilə yola davam etməmə qərarı alıb.

Tilli bu mövsüm uzun müddət zədədən əziyyət çəkib. O, Premyer Liqada cəmi 7 oyunda meydana çıxıb və fərqlənməyi bacarmayıb.

2023-cü ilin yayında böyük ümidlərlə heyətə cəlb edilən 25 yaşlı futbolçu gözləntilərin altında qalıb. “Sabah” rəhbərliyi bu səbəbdən oyunçu ilə vidalaşacaq.