“Sabah” legioner hücumçusunu göndərdi

“Sabah” hücumçu Davit Volkovla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcüstanlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Volkov 2022-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, “bayquşlar”la 71 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə edib.