“Sabah” hücumçu Davit Volkovla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcüstanlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Volkov 2022-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, “bayquşlar”la 71 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə edib.