“Sabah” İsveç təmsilçisi ilə üz-üzə

“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasında mübarizəyə start verəcək.

Futbolpress.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik kollektiv təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. 1/4 final görüşü Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.