“Sabah” ikinci oyundan da məğlub ayrıldı

“Sabah”ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirib.

Futbolpress.az xəbər verir ki, “futuristlər” Bakıda Yunanıstanın “Marussi” komandası ilə üz-üzə gəlib. Matç rəqibin qələbəsiylə başa çatıb – 82:70.

“Sabah” ilk oyunda Belçika təmsilçisi “Spiru”ya uduzub.