“Sabah” finalın ilk seriyasında məğlub oldu

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Sabah” “Sərhədçi” İdman Mərkəzində “Xəzri” ilə qarşılaşıb. Görüş “futuristlər”in məğlubiyyəti ilə başa çatıb – 75:90.

Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq. Üç qələbə qazanan komanda çempion olacaq.