“Sabah” finala yüksəldi

U-15 Liqasında yarımfinal mərhələsinə yekun vurulub. “Sabah” bu mərhələnin cavab oyununda səfərdə “Sumqayıt”la qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, matç “futuristlər”in minimal hesablı qələbəsi ilə nəticələnib. Qarşılaşmada qola Samir Şərifov imza atıb.
İlk oyunda da qalib gələn (3:0) Elvin Həsənovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb. “Sabah” həlledici matçda “Qarabağ”la qarşılaşacaq.