“Sabah” 2023/24 mövsümünü icarə əsasında komandada keçirən Kahim Parrisi klubda saxlamaq istəyir.
“FutbolPress“in əldə etdiyi məlumata görə, “futuristlər” vingerin müqavilə ilə məxsus olduğu Kiyev “Dinamo”su ilə danışıqlar aparır. Klublar maliyyə məsələsində hələ razılığa gələ bilmir.
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliçin oyunçunun çıxışını bəyənir və onu komandasında görmək istəyir. “Bayquşlar” keçidi tez həll etmək arzusundadır və “Dinamo” ilə danışıqları sürətləndirib. Parrisin taleyinə yaxın zamanda aydınlıq gələcək.
Kahim 2023-cü ilin sentyabrından “Sabah”da çıxış edir. O, komanda ilə 32 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.