“Sabah” Davit Volkova görə cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, XXIV tur

“Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kəpəz” klubu 1500 manat cərimə edilir (maddə 39.1);

“Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun  4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3);